Səxavət Məmmədovun ad günüdür

Səxavət Məmmədovun ad günüdür
1246 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün xanəndə Səxavət Məmmədovun doğum günüdür.

Axşam.az-ın məlumatına görə, Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Səxavətin də səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah"ladır: "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s.
 
Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişib. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilməyib. Daha sonra isə kənd işğal olunub. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalıb.

Oğlu Bəxtiyar Məmmədovdur.

Xanəndə Firuz Səxavətin böyük qardaşıdır.