Opera və Balet Teatrında yeni tamaşa

Opera və Balet Teatrında yeni tamaşa
744 dəfə oxunub
  • A-
  • A
  • A+
Noyabrın 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Traviata" operasının tamaşası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Axşam.az-a verilən məlumata görə, tamaşada aparıcı partiyalardan biri - Violetta partiyasını əməkdar artist İnarə Babayeva, Alfred rolunu əməkdar artist Fərid Əliyev ifa edəcəklər. Səhnə əsərində digər rollarI xalq artisti Əli Əsgərov (Markiz d`Obinyi), əməkdar artistlər Səbinə Vahabzadə (Flora), Anton Ferştandt (Doktor Qrevil), Dmitri Qrişin oynayacaq.
 
Opera tamaşası Almaniyalı dirijor, Qut-İmmlinq opera sənəti festivalının musiqi rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok tərəfindən idarə olunacaq.