“Karamazov qardaşları” təqdim olunacaq

“Karamazov qardaşları” təqdim olunacaq
367 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 29-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində F.M.Dostoyevskinin “Karamazov qardaşları” əsəri əsasında hazırlanmış eyniadlı tamaşasının premyerası olacaq.

Teatrdan Axşam.az-a bildiriblər ki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi İranə Tağızadədir.

Tamaşada baş rolları əməkdar artistlər Ayan Mirqasımova, Mələk Abbaszadə, Firdovsi Atakişiyev, aktyorlar Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, İlqar Həsənov ifa edəcəklər.

Tamaşanın baletmeysteri əməkdar artisti Aleksandr Nikuşina, quruluşçu rəssamı Tatyana Melnikova, musiqi tərtibatçısı isə Vladimir Neverovdur.

Qeyd edək ki, insanı xeyirxahlığa, dürüstlüyə, namuslu olmağa və həyatsevərliyə səsləyən “Karamazov qardaşları” görkəmli yazıçının ən böyük və ən məşhur əsərindəndir.

Əsərdə ədib avam, geridə qalmış Karamazovlar ailəsinin simasında insan qəlbindəki xeyir və şərin əbədi mübarizəsini, Allah və yaxud iblis arasındaki seçimi əks etdirib.