Vaqif Bəhmənlinin 60 illik yubileyi keçirildi - fotolar

Vaqif Bəhmənlinin 60 illik yubileyi keçirildi - fotolar
663 dəfə oxunub
  • A-
  • A
  • A+
Gənc Tamaşaçılar Teatrında şair Vaqif Bəhmənlinin 60 illik yubileyi keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, "Beş damla" poeziya və musiqi axşamının aparıcısı yubilyar özü olub.

Xanəndələr - Sevinc Sarıyeva, Almaz Orucova, Mələkxanım Əyyubova, Nizami Abdullayev və Eldəniz Məmmədov gecədə öz ifalarını nümayiş etdiriblər.

Sonda Vaqif Bəhmənli yubiley gecəsinin təşkilində dəstək göstərənlərə, xüsusilə da işlədiyi kollektivə, tədbirin ideya müəllifi, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, şair, tərcüməçi, publisist, əməkdar mədəniyyət işçisi V.Bəhmənlinin 35-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında iştirak edib. Əsərləri rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən, gürcü dillərinə tərcümə olunub.