Bu il Azərbaycanda nə qədər uşaq doğulub?

Bu il Azərbaycanda nə qədər uşaq doğulub?
1552 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu ilin ilk 8 ayında Azərbaycanda dünyaya gələn körpələrin sayı açıqlanıb.

Axşam.az "Report"a istinadən xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib ki, 8 ayda ölkədə 93600 körpə doğulub.

O bildirib ki, onlardan 53.2 faizini oğlan, 46.8 faizini qızlar təşkil edir:

"Son illərdə doğulan oğlanların sayı qızların sayından xeyli çoxdur. Bunun əsas səbəblərindən biri qız uşaqlarının ailələrdə arzuolunmaz hesab edilməsidir. Çox vaxt uşağın cinsiyyəti bəlli olandan sonra selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması halları baş verir".

Komitə rəsmisi qeyd edib ki, Azərbaycanda yeni qurulan ailələr çoxuşaqlılığa meyilli deyillər: "Müasir ailələr adətən bir və ya iki övladla kifayətlənirlər ki, həmin övladın da oğlan olmasını istəyirlər".

A.Veysəlovanın sözlərinə görə, körpələrin cinsə görə ayrı seçkiliyə məruz qalması insanların dünyagörüşündən asılı olan bir məsələdir:

"Azərbaycanda oğlan nəslin davamçısı kimi görülür".