Bir gecədə dünyanın ən varlı insanı oldu

Bir gecədə dünyanın ən varlı insanı oldu
10375 dəfə oxunub
  • A-
  • A
  • A+
“Zara” mağazalar şəbəkəsinin təsisçisi, ispaniyalı biznesmen Amansio Orteqa ilk dəfə Forbes jurnalının dünyanın ən varlı insanların siyahısında birinci yerə yüksəlib.

Axşam.az-ın oxu.az-a istinadən məlumatına görə, iş adamının sərvəti sutka ərzində 3,9 milyard artaraq 79,7 milyard dollara çatıb.

“Microsoft”un təsisçisi Bill Qeyts 78,1 milyard dollarla 2 yerdə qərarlaşıb.

Üçüncü isə 64,4 milyard dollar sərvətlə amerikalı iş adamı Uorren Baffetdir.

Qeyd edək ki, Amansio Orteqa “Zara” şirkətini həyat yoldaşı ilə birlikdə 1975-ci ildə açıb.