Rəqsanə ifadə verdi

Rəqsanə ifadə verdi
1432 dəfə oxunub
  • A-
  • A
  • A+

Muğənni Rəqsanə İsmayılovanın ifadəsi alınıb.

Axşam.az xəbər verir ki, bu barədə APA-ya Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərli bildirib.

Rəis müavini qeyd edib ki, Rəqsanə İsmayılova barəsində Suraxanı Rayon Polis İdarəsi tərəfindən başlanmış cinayət işinin materialları Bakı şəhər Baş Polis İdarəsinin istintaq idarəsinə verilib:
 
“Hazırda həmin cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. Rəqsanə İsmayılova Bakıya gələn kimi dərhal istintaqa dəvət olunub və onun ifadəsi alınıb. Onun həbs edilib-edilməməsi ilə bağlı qərarı isə istintaq verə bilər”.

A. Nəzərli həmçinin qeyd edib ki, müğənninin səhhətindəki problemlərlə əlaqədar onun barəsində elan olunmuş axtarışa xitam verilib.

Qeyd edək ki, R. İsmayılova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.