Aparıcılar “Fort Boyard”da iştirak edəcək (Foto)

Aparıcılar “Fort Boyard”da iştirak edəcək (Foto)
5542 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın bir qrup tanınmış teleaparıcı və müğənniləri məşhur “Fort Boyard” yarışmasına qatılacaq.

Axşam.az-ın məlumatına görə, ATV kanalının aparıcıları Şəhriyar Əbilov, İlhamə Bədəlova, Nurlana Cəfərova, Sənan Şəfizadə, İlkin Həsəni, müğənni Nigar Camal, Eldar Qasımov, reper Miri Yusif, “Eurovision”un Azərbaycan üzrə musiqi koordinatoru Zəhra Bədəlbəyli, rejissor Kənan M.M və başqaları bununla bağlı dünən Fransaya yola düşüblər.

Qeyd edək ki,  Fort Boyard qalasında keçirilən yarışma öz qeyri-adi oyun qaydaları ilə tanınır.
Rusiyanın birinci kanalında yayımlanan müsabiqənin qalib komandasına böyük miqdarda pul mükafatı hədiyyə edilir.