"İlhamə Quliyeva özü-özünə ad verir" - Millət vəkili

"İlhamə Quliyeva özü-özünə ad verir" -  Millət vəkili
2289 dəfə oxunub
  • A-
  • A
  • A+

“İlhamə Quliyeva çox böyük sənətkardır. Bəlkə də ona fəxri ad da lazım deyil, xalqın rəğbətini qazanmış bir insandır. Amma bununla yanaşı, bəzən İlhamə xanım o qədər darıxır ki, özü-özünə ad verir”.

Axşam.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, İ. Quliyevanın səviyyəsinə çatmayanlar da başlayırlar özü-özlərinə ad verməyə.

“Gənclərin iddialı olmağı normaldır. Çox təəssüf ki, bizdə yaşlaşandan sonra iddialar əmələ gəlir. Amma onların bu iddialara ehtiyacı yoxdur. Çünki onlar böyük bir sənət yaradıblar”- deyə millət vəkili əlavə edib.

Komitə sədri vurğulayıb ki, fəxri adının olub-olmamağından asılı olmayaraq, sənətkarı yüksəldən həm onun sənəti, həm də şəxsiyyətidir:

"Sənətkar gərək özünü belə məişət səviyyəsində müzakirəyə qoşmasın. Heç kəs deyə bilməz ki, ya Aygün Kazımova, ya Briliant Dadaşova, ya da Rəqsanə istedadsızdırlar. Bunu demək Allahsızlıq olardı. Onlar klassik sənətkarlar qədər fəaliyyət göstərirlər”.

N.Cəfərovun sözlərinə görə, onlar gərək elə etsinlər ki, qazandıqları nüfuzu yerə vurmasınlar:

“Əgər cəmiyyət, mətbuat deyirsə ki, həmin sənətçilərə verilmiş fəxri adlar geri alınmalıdır, bu elə onlardan fəxri adları geri almaq qədər böyük təqsirləndirmədir”.