"Azərbaycanda yeganə prodüser odur"

"Azərbaycanda yeganə prodüser odur"
1832 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elnur Məmmədov indiyədək prodüserlə çalışmamasının səbəblərindən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Space” telekanalında yayımlanan “Plyus-minus” verilişinə açıqlamasında Azərbaycanda yalnız bir prodüseri tanıdığını deyib:

“Mənə çox adamdan prodüserlik təklifi gəlir, amma istəmirəm. Onun qayda-qanunlarını qəbul etsəm, gərək Elnur olmayım. Prodüser müğənninin atası olur, nə deyir onunla oturub-durmalısan.

Azərbaycanda yalnız bir prodüser var, o da Vaqif Gərayzadədir. O insan şou-biznesə əsl sənətkarlar bəxş edib. Alim Qasımov, Aygün Kazımova, Brilliant Dadaşova, Natavan Həbibi, Səbinə Babayeva, Tünzalə Ağayeva, Almaz Ələsgərli, mən və bir çox məşhurlar Vaqif Gərayzadənin yetirmələriyik. Əsl prodüser ona deyirlər”.