Qənirə Paşayeva ilə Tünzalə Ağayevanın albomu təqdim olundu

Qənirə Paşayeva ilə Tünzalə Ağayevanın albomu təqdim olundu
3879 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Tünzalə Ağayeva aid olan “İkimizin yerinə” albomunun imzalanma mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, “İkimizin Yerinə” albomunda yer alan əsərlərin böyük bir hissəsi T.Ağayevanın ifasındadır. Albomun adı verilən mahnını isə sənətçi Elnur Məmmədov oxuyub.

Millət vəkili Qənirə Paşayeva və əməkdar artist Tünzalə Ağayeva “İkimizin yerinə” albomunun satışından gələcək gəliri Silahlı Qüvvələrə Yardım Fonduna bağışlayacaq.

Bu albomun onlar üçün əziz olduğunu bildirən səbəbkarlar dinləyicilərin "İkimizin yerinə"də bir çox şeylər tapacaqlarını deyib.

Foto: Rəşad ABBASOV