Məhkəmədən Nazpəri Dostəliyevaya 50 minlik cəza

Məhkəmədən Nazpəri Dostəliyevaya 50 minlik cəza
2074 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Nəsimi Rayon Məhkəməsində hakim Etibar Hümbətovun sədrliyi ilə Azərbaycanın və Dağıstanın xalq artisti, Şöhrət ordenli, Türk dünyasının sənət kraliçası, Dünya Sülh Səfiri İlhamə xanım Quliyevanın xalq artisti Nazpəri Dostəliyevaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş zərərin ödənilməsinə dair mülki işə məhkəmə baxışı başa çatdırılıb.

Axşam.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsinin bugünkü (02.07.2013-cü il) tarixli qətnaməsi ilə İlhamə Quliyevanın Nazpəri Dostəliyevaya qarşı iddiası təmin edilib. Məhkəmənin qətnaməsinə əsasən Nazpəri Dostəliyevadan İlhamə Quliyevaya vurduğu mənəvi ziyanla bağlı 50 000 AZN tutulub İlhamə Quliyevaya verilməsi qət edilib.

Eyni zamanda qətnamədə qeyd olunub ki, Nazpəri Dostəliyeva etdiyi qeyri-qanuni hərəkətlərə görə, İlhamə Quliyevadan üzr istəməlidir.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində İlhamə Quliyevanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 9 saylı hüquq məsləhətxanasının vəkili Şəfiqə Nağıyeva müdafiə edib.