Səbinə Babayevaya həyat yoldaşından hədiyyə

Səbinə Babayevaya həyat yoldaşından hədiyyə
1409 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın “Eurovision”dakı təmsilçisi Səbinə Babayeva yeni layihələr hazırlayır. 

Bir sıra bəstələr  üzərində çalışan gənc müğənni mahnılarına klip də çəkdirəcək.

Axşam.az-ın məlumatına görə, kliplərdən birinin rejissoru müğənninin həyat yoldaşı olacaq. 

Səbinə bu il yeni albom çıxaracağını da deyib:

“Artıq lazımi qədər mahnılarım var. Hətta özüm də iki yeni mahnı bəstələmişəm. Yay aylarında həm albomum işıq üzü görəcək, həm də solo konsert verəcəyəm. İstəyirəm "Eurovision" səviyyəsində bir konsert təşkil edim”.