Natavandan qaydasız döyüşə dəstək

Natavandan qaydasız döyüşə dəstək
3115 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Natavan Həbibi Naxçıvan CFS idman klubu tərəfindən diplomla təltif olunub.

Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Onlar” verilişinə açıqlamasında diplomu idmana verdiyi dəstəyə görə aldığını bildirib:

“Bu diploma görə, Ümumdünya Qaydasiz Döyüş və Sambo üzrə Federasiyaların prezidenti Elxan Vəliyevə, vitse prezidenti Himalay Əliyevə, Naxçivan Qaydasiz Döyüş Klubunun prezidenti Əkbər Əliyevə minnətdarlığımı bildirirəm. Bu idman klubu Naxçıvanda yeni açılmasına baxmayaraq, artıq min üzvü var. Mən gənclərimizə dəyərli vaxtlarını idmanla məşğul olmaqla keçirməyi məsləhət görürəm. Bu sahədə bayrağımızı bütün dünyada qaldırsınlar. Bu cür xeyirli işə qol qoyduğum üçün çox xoşbəxtəm”.

Ümumdünya Qaydasiz Döyüş və Sambo üzrə Federasiyaların prezidenti Elxan Vəliyev Natavan Həbibinin idmana olan dəstəyindən danışıb:

“Natavan bu sahədə əməyi olan gənclərimizdəndir. O, idmanı dəstəkləyir və gəncləri buna cəlb edir. Natavan qaydasız döyüş üzrə kluba dəstək oldu. Buna görə də biz onu diplomla mükafatlandırdıq”.