Çingizin duet ortağından cazibədar fotolar

Çingizin duet ortağından cazibədar fotolar
5797 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, gənc müğənni Çingiz Mustafayev Riqada keçiriləcək Yurmala Musiqi Festivalında ölkəmizi təmsil edəcək.

Axşam.az-ın məlumatına görə, iyulun 13-də Rusiyaya yola düşəcək Çingiz “Onlar” verilişinə açıqlamasında tanınmış ifaçı Palina Qaqarina ilə duet oxuyacağını deyib:

“Festivala bəstəkar-müğənni Emin Ağalarovun dəstəyi və məsləhəti ilə qatıldım. Bir neçə turdan keçərək vəsiqə qazana bildim. Orada üç mahnı təqdim edəcəm: dünya hiti çərçivəsində Riki Martinin “Livin La Vida Loca”nı və öz bəstəm olan “Qadınım” mahnısını səsləndirəcəm. Eyni zaman məşhur müğənni Palina Qaqarina ilə “Spektakl okoncen” (Tamaşa bitdi) mahnısını duet şəklində oxuyacağıq. Münsiflər heyətində Rusiyanın məşhur ulduzları – Meladze qardaşları, Leonit Aqutin və başqaları yer alacaq. Xulyo İglesias və Emin isə qonaq qismində festivalda iştirak edəcək. Ayın 13-də Rusiyaya yollanaraq Palina ilə görüşəcəyik və duet üzərində çalışacağıq”.