“Aygün bilə-bilə ki, Röyanın yaxın dostuyam...”

“Aygün bilə-bilə ki, Röyanın yaxın dostuyam...”
3176 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Röya ilə yaxın dost olan sənətçi Niyam Səlami bu dəfə xalq artisti Aygün Kazımova ilə biraraya gəlib.

Axşam.az-ın məlumatına görə, Niyam “Onlar” verilişinə açıqlamasında Aygün Kazımova ilə münasibətlərindən danışıb:

“Aygün xanım bilə-bilə ki, Röyanın yaxın dostuyam mənə qucaq açdı, dostum oldu. İki küsülü sənətçinin ortaq dostuyam. Hər ikisini də çox sevirəm. Onların davası isə məni maraqlandırmır. Mən kişiyəm, qadın söhbətlərinə qarışmıram”.

Bəstəkar Nailə Mirməmmədli isə Röya ilə Aygün Kazımovanı barışdırmağa cəhd etdiyini deyib:

“Onların küsülülüyünün səbəbini hələ də başa düşə bilmirəm. Dəfələrlə barışdırmağa çalışmışam. Röyaya deyirdim, o da fikirləşirdi ki, həqiqətən aralarında heç nə baş verməyib. Başqa yerlərdə onları qızışdırırlar. Heç vaxt nə Aygün, nə də Röya bir-biri haqqında artıq danışmayıb”.

Bəstəkar Aygün Kazımova ilə işbirliyinə başlayacağını da sözlərinə əlavə edib:

“Aygün Hikmət Mirməmmədlinin “Bu sevda nə sevdadır” mahnısını ifa edib. Amma indiyədək heç yerdə səslənməyib. Bu bəstəni yenidən təqdim etmək istəyirik.