Safura Əlizadənin İsveçrədə toy etməsinin səbəbi bəlli oldu

Safura Əlizadənin İsveçrədə toy etməsinin səbəbi bəlli oldu
9152 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, müğənni Safura Əlizadə iyulun 5-də sənayə və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quracaq.

Axşam.az-ın məlumatına görə, sənətçinin toyu İsveçrədə baş tutacaq.

Safura “Facebook” hesabında bildirib ki,  toyun bu ölkədə keçirilməsi onun İsveçrədə təhsil almasıyla əlaqədardır.

Onun sözlərinə görə, artıq uzun müddətdir ki, İsveçrədə aldığı evdə yaşayır. Çox xoşbəxt olduğunu qeyd edən sənətçi hər kəsə öz minnətdarlığını bildirib:

“Hər birinizə təbriklərə görə təşəkkürümü bildirirəm. Hamınızı çox sevirəm və həmişə sizin yanınızda olacağam. Çox xoşbəxtəm”.