Brilliantdan Ajda Pekkana jest (Foto)

Brilliantdan Ajda Pekkana jest (Foto)
2348 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gündür şəhərimizin qonağı olan türkiyəli müğənni Ajda Pekkanın şərəfinə ziyafət təşkil olunub.

Axşam.az-ın məlumatına görə, bir çox tanınmış simaların təşrif buyurduğu gecədə xalq artisti Brilliant Dadaşova da iştirak edib. Sənətçi Ajda Pekkanın “Kimlər gəldi, kimlər keçdi” mahnısını onun şərəfinə ifa edib. Brilliant Dadaşovanın bu jesti ifaçı tərəfindən bəyənilərək qarşılanıb.

Ziyafətə millət vəkili Qənirə Paşayeva da qatılıb.

Gecədən özəl fotonu təqdim edirik.