“Nadir, döyülməyini unutdunmu?” – Aygün

“Nadir, döyülməyini unutdunmu?” –  Aygün
3996 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadənin xalq artistləri haqqında açıqlaması həmkarı Aygün Kazımovanı əsəbiləşdirib.

Axşam.az-ın məlumatına görə, xalq artisti onun cavabını sosial şəbəkə vasitəsilə verib.
Müğənni Nadirə xitabən bu sözləri yazıb:

“Nadir, Afrikada Azərbaycan tamaşaçısını əlinlə göstərib, dilinlə söyüş söyməyini deyəsən yaddan çıxarmısan? Problem deyil, yaddaşını təzələyərəm. O hərəkətinin üstündə döyülməyini də unutdunmu?”.

Xatırladaq ki, Nadir Qafarzadə lent.az-a bugünkü açıqlamasında bu sözləri deyib: 

“2-3 sənətkardan başqa, əksəriyyətinin fəxri adı əlindən alınmalıdır. Çünki onlar bu ada layiq deyillər. Ad alacaq şəxsin yaradıcılığından əlavə, əxlaqı keyfiyyətləri da nəzərə alınmalıdır. Xalq artisti adını daşıyan bəzi sənətçinin yaradıcılığı zirvədə, əxlaqı yerində deyilsə, onun sənəti başına dəysin. Fəxri ada layiq görülən  sənətçi nümunəvi olmalıdır. Mənfi keyfiyyətləri varsa o adama ad verilməməlidir”.