“Özümə nifrət edirəm” – Rəqsanə

“Özümə nifrət edirəm” –  Rəqsanə
1826 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gündür Bakıda olan müğənni Rəqsanə yenə də qalmaqallı açıqlamalar verib.

Axşam.az-ın məlumatına görə, sənətçi ATV telekanalında yayımlanan “Onlar” verilişində övladları haqqında danışanları hədələyib.

Şəxsi həyatından söz açan sənətçi özünə nifrət etdiyini deyib:

“Həyatımda bir səhv etmişəm ki, onu heç vaxt özümə keçməyəcəm. Ömrümün sonuna kimi o səhvi bağışlamayacam. Ona görə özümə nifrət edirəm. Heç kimə icazə vermərəm ki, övladlarıma toxunsunlar. Onlar haqqında artıq söz danışanı öldürərəm”.

Müğənni yenidən ailə qura biləcəyindən də söz açıb:

“Namizədlərim çoxdur. Anam istəyir ki, toyum baş tutsun. Deyir, qızım, get ərə yenə uşaqların olsun. Ondan olsa, günü sabah toy edərəm”.