"Hünəriniz çatırsa, siz də Aygün kimi..."

"Hünəriniz çatırsa, siz də Aygün kimi..."
1546 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Tolik xalq artisti Aygün Kazımovanın ünvanına təriflər yağdırıb.

Axşam.az-ın məlumatına görə, o, İnstaqram sosial şəbəkəsindəki profilində müğənninin “Məni görmək istəyən pul ödəsin” açıqlamasını dəstəkləyib.

Tolik məsələylə bağlı bunları yazıb:

“Aygün Kazımovanı izlədim, xoşum gəldi. Ancaq onun kimi özünə güvənən insan bu cür söz deyə bilər. Özlərini ulduz adlandıranlar belə fikir söyləyə bilərmi? İki il efirə çıxmasalar, heç bir dəftərdə adları olmaz”.

Prodüser bildirib ki, Aygün Kazımovanın heç kimin tərifinə ehtiyacı yoxdur:

“O, ünvanına sifarişlə təriflər istəmir. Əgər hünəriniz çatırsa, siz də Aygün xanım kimi müsahibə üçün pul istəyin”.