Müğənninin ATV-dəki verilişi bağlandı

Müğənninin ATV-dəki verilişi bağlandı
2596 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Samir Piriyevin ATV telekanalında yayımlanan “Necə varsa” adlı verilişi bağlanıb.

Axşam.az-ın məlumatına görə, sənətçi proqramın reytinq toplamadığı üçün yayımdan qaldırılması barədə iddiaları təkzib edib.

“Bilirsiniz ki, həyat yoldaşım ana olmağa hazırlaşır. Verilişin ideyası ona məxsus idi, bütün işlərini özü görürdü. Artıq hamiləliyin son aylarını yaşadığı üçün çalışa bilmədi, istirahətə çıxdı. Mən də ondan savayı kimləsə işləmək istəmirəm. Buna görə də layihəni dayandırdım. Bu, reytinq ucbatından olmayıb. Verilişimin ilk buraxılışı 8, 86 faiz reytinq yığmışdı. Heç özündən deyən verilişlər o qədər toplaya bilmir” - deyə müğənni bildirib.

Samir payızda start verəcəyi layihəsindən də söz açıb:

“Sentyabr üçün yeni layihə hazırlayıram. Bu dəfə daha çox musiqiyə yer verəcəyik. Çünki bizim müğənnilər tənqidi qəbul etmirlər. Onlara nəsə irad tutursan, tənqidi təhqir kimi dərk edirlər. Düz sözü bəyənmirlər".