“Üzümə həsrət qalıb, məndən küsür” - Lalə

“Üzümə həsrət qalıb, məndən küsür” - Lalə
2226 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Lalə Məmmədova yaradıcılıq işlərinə ara verib.

Bağ evində itirahət edən müğənni Axşam.az saytına açıqlamasında qızı ilə xaricə yollanacağını deyib:

“İlboyu işlərim çox oldu. Ruhən yorulduğumu hiss edirəm. Ona görə də hər şeyə son qoyaraq istirahət etməyə qərar verdim.   Gərgin iş rejimindən qızım Nərgizə vaxt ayıra bilmirəm. Üzümə həsrət qalıb, məndən küsür.  Söz vermişəm ki, gələn ay onu da götürüb xaricə istirahətə gedəcəm. Bəlkə, mənimlə barışa”.