Röyadan ukraynalı rəqqasayə hədiyyə

Röyadan ukraynalı rəqqasayə hədiyyə
4257 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynanın tanınmış rəqqasəsi Alla Kuşnirin paytaxtımızın qonağı olması haqda xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, iş adamlarından birinin toy məclisə qatılan rəqqasənin Bakı şərgüzəştləri bununla bitməyib.

Rəqqasəni Bakıya qonaq edən aparıcı Zemfira Adıgözəlova bildirib ki, Alla milli rəqslərimizdən “Azərbaycan turacı” və “Qaval”ı bəyənib.

Ukraynalı ulduz yerli telekanalların birində rəqqasələrimizdən yalnız Fatimə ilə Oksana Rəsulovanın adını qeyd edib.

Allanın növbəti istəyi isə Zemfira üçün çətinlik yaradıb. Azərbaycan milli geyimində fotosessiya etdirməyi arzulayan rəqqasə səhər saatlarına qədər yaradıcı heyəti yuxusuz qoyub. Çəkilişlərdə fotoqraf Orxan Məmmədli iştirak edib.

Müğənni Röya isə rəqqasəyə özünəməxsus şəkildə jest edib. O, Allaya qaval bağışlayıb.