"Telefonumu söndürsəm, ürəyim partlayar"

"Telefonumu söndürsəm, ürəyim partlayar"
1644 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az saytı məşhurlarla “Texno müsahibə”ni davam etdirir. Bu dəfə müğənni Elnur texnikaya olan marağından danışıb. O, həyatını mobil telefonsuz təsəvvür etmədiyini deyib. İnternetdə çox vaxt keçirən Elnur tez-tez “Skype”dan istifadə edir:

“İnternetdə çox vaxt keçirirəm. Bacım xaricdə yaşayır, onlarla “skype” vasitəsilə danışıram. Doğmalarımı hər gün görməliyəm, ona görə də internetsiz qala bilmirəm. Azarkeş səhifələrimi pərəstişkarlarım idarə edir, imkanım olanda özüm də nəzər yetirirəm”.

Sənətçi kompüter oyunlarını çox sevir:

“Kompüter oyunları ilə aram əladır. “Playstation” yeni çıxanda istifadə edirdim. İndi isə iPad-də “Subway surfers”i oynayıram. Mobil telefonum “Blackberry 9790”dır. Uzun müddətdir ki, onu işlədirəm, hələ də dəyişmək fikrim yoxdur. Telefonumu bir gün söndürsəm, ürəyim partlayar. Hətta xarici ölkələrə gedəndə belə rouminqdən istifadə edirəm, ya da orda nömrə alıram. Son vaxtlar özümə "iPhone5" də almışam”.

Heç vaxt avtomobil həvəsində olmadığını deyən Elnur “Wolksvagen Touareg” sürür:

“Bir dəfə "Mercedes GL" sifariş etmişdim. Gətirdilər, gördüm ki, sürə bilmirəm, yenidən köhnə avtomobilimə qayıtdım. Maşından başım çıxmır, ancaq yağını dəyişməyi bilirəm. Problem yaranan kimi ustaya qaçıram”.

Elnur həm də fotoqraflığı bacardığını deyib:

“Foto həvəskarıyam, iki fotoaparatım var: “Canon” və “Sony”. Özümü və ailə üzvlərimi çəkməyi xoşlayıram. İlboyu bir çox ölkədə oluram, getdiyim hər yerdə maraqlı fotolar çəkirəm”.