Habil Əliyevin xatirəsinə simfonik əsər hazırlanır

Habil Əliyevin xatirəsinə simfonik əsər hazırlanır
470 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın xalq artisti, mərhum kamança ifaçısı Habil Əliyevin xatirəsinə simfonik əsər hazırlanır.

Axşam.az-ın məlumatına görə, bunu Report-a xalq artistinin oğlu Rəvan Əliyev deyib.

O bildirib ki, əsərin müəllifi özüdür:

"Atamın xatirəsinə həsr olunan simfonik əsərin müəllifi özüməm. Artıq hazırlıq işlərinə başlanılıb və əsərin tam ərsəyə gəlməsi üzərində iş gedir. Əsər təqribən 4 aydan sonra hazır olacaq".

Xatırladaq ki, məhşur kamança ifaçısı Habil Əliyev bu il sentyabrın 8-də 88 yaşında vəfat edib.