Əbülfəs Qarayev CNN-in ofisində

Əbülfəs Qarayev CNN-in ofisində
652 dəfə oxunub
  • A-
  • A
  • A+
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Londona səfəri çərçivəsində dünyanın nüfuzlu televiziya telekanallarından olan CNN-in Londonda yerləşən ofisində olub.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Axşam.az-a verilən məlumata görə, nazir televiziya kanalının kommersiya üzrə baş direktoru Rani Raatla görüşüb.
 
Görüş zamanı nazir CNN-də Azərbaycanın turizmi və mədəni həyatı haqqında qısa reklam çarxlarının mütəmadi yayımı və əlavə proqramların nümayişi ilə bağlı məmnunluğunu ifadə edib.
 
Daha sonra görüş çərçivəsində növbəti illərdə yayımın coğrafiyasının genişləndirilməsi, yeni strategiyanın müəyyənləşdirilməsi, müasir elektron texnologiyalarla bağlı yeni layihələrin hazırlanması üzrə fikir mübadiləsi aparılıb.
 
CNN-in baş direktoru gələcəkdə Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsinə ümidvar olduğunu bildirib.
 
Nazirlikdən əlavə ediblər ki, Azərbaycan bir neçə ildir dünyanın nüfuzlu televiziya kanalları olan CNN, “Euronews”, “Travel Channel”, “National Geographic”, “TV5 Monde” və s. kanallarla sıx əməkdaşlıq edir.