Bakıda dekorativ tətbiqi sənət ustalarının sərgisi keçirilib

Bakıda dekorativ tətbiqi sənət ustalarının sərgisi keçirilib
1996 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Baku Creative Center sərgi salonunda dekorativ tətbiqi sənət ustalarının sərgisi keçirilib.

Axşam.az-ın məlumatına görə, sərgidə müxtəlif sənət növləri təqdim olunub: xalça, qobbelen, batika, bədii keramika, bədii metal, bədii şüşə, bədii kafel, taxta oyma.

Mir Teymur Məmmədov, İmran Kərimov, Saleh Məmmədov, İnna Kostina, Tamilla Qurbanova, Vahid Məmişov, Cəfər Əliquliyev, Ramiz Abbasov və bir sıra gənc rəssamların iştirak etdiyi sərgi böyük marağa səbəb olub.

Açılışda çıxış edən rəssamlar dekorativ tətbiqi sənət sərgisinin keçirilməsinin vacibliyini qeyd edib, sərginin Baku Creative Center-in ən uğurlu layihələrindən olduğunu vurğulayıblar.

Dekorativ tətbiqi sənət sərgisinin keçirilməsinin əsas məqsədi Azərbaycanda əsrlərlə inkişaf edən qədim sənət növlərinin bugünki formasiyalarını tamaşaçılara təqdim etmək, yaradıcı gənclərdə bu sahələrə olan marağı daha da artırıb, təbliğ etməkdir.

Qeyd edək ki, sərgidə olan bütün sənət nümunələri satışa çıxarılıb. Sərgi yanvar ayının sonuna kimi davam edəcək.