Əməkdar artist evə buraxıldı

Əməkdar artist evə buraxıldı
1045 dəfə oxunub
  • A-
  • A
  • A+
Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlu xəstəxanadan evə buraxılıb.

Axşam.az-ın məlumatına görə, bu barədə aznews.az-a aktyorun oğlu Ceyhun Məmmədov məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədoğlunun səhhəti nisbətən normallaşıb:
 
“Noyabrın 20-də həkimlər xəstəxanadan evə buraxılmağını məsləhət gördülər. Hazırda evdədir. Bundan sonra müalicəsi ev şəraitində aparılacaq”.

Qeyd edək ki, Ələsgər Məmmədoğlu noyabrın 12-də yüksək insult diaqnozu ilə Binəqədi Rayon Xəstəxanasına yerləşdirilmişdi.