Oksana yeni biznesə başlayır

Oksana yeni biznesə başlayır
3229 dəfə oxunub
  • A-
  • A
  • A+
Hind rəqslərinin mahir ifaçısı, son dövrlərdə də özünü aktrisa kimi sınayan Oksana Rəsulova yeni biznesə başlayır.

Axşam.az-a açıqlama verən rəqqasə bildirib ki, "OksiMedia" adlı prodakşn açıb:

"Özümü bu sahədə də sınamaq qərarına gəldim. Yeni açacağım prodakşnda filmlər, kliplər, konsertlərin təşkili və bir sıra işlər nəzərdə tutulub. Bu işlərdə mənə icraçı director Niyazi Əliyev yardım edəcək. Artıq bu prodakşn adı altında bir film də çəkmişik. Rejissoru Samir Kərimoğlunun olduğu filmin adı “Şər qarışanda” adlanır. Bu yaxınlarda media əhli ilə görüşəcəyəm. Həmin görüşdə isə bütün bu işlər barədə ətraflı məlumat verəcəyəm".