​Bakıya 18 metrlik sərnişin avtobusu gətirilib

​Bakıya 18 metrlik sərnişin avtobusu gətirilib
3046 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC paytaxta yeni və daha iritutumlu sərnişin avtobusu gətirib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu yeni nəqliyyat vasitəsinin uzunluğu təxminən 18 metrdir. Yeni avtobusun sərnişin tutumu 170-190 nəfərdir.

Qeyd edək ki, "Iveco Urbanway" markalı avtobus bu gün ilk dəfə olaraq Bakı küçələrində sınaq müddəti çərçivəsində hərəkət edir. Avtobus 1 nömrəli marşrut xətti istiqamətində xidmət göstərir.