Ajda Pekkandan Eyyub Yaqubova təklif

Ajda Pekkandan Eyyub Yaqubova təklif
2156 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən həftə şəhərimizin qonağı olan türkiyəli müğənni Ajda Pekkan bir çox yerli sənətçiylə görüşüb.

Axşam.az-ın məlumatına görə, superstarın əməkdar artist Eyyub Yaqubovu uzun müddətdir tanıdığı bəlli olub.

Eyyub “ATV maqazin” verilişinə açıqlamasında türkiyəli sənətçi ilə münasibətlərindən danışıb:

“Ajda Pekkanla Bakıda “Muğam Teatrı”nda tanış olmuşduq. O, mənim “Kim bilir” mahnımı çox bəyənmişdi. Ajda xanımla bizim lirika duyumumuz eynidir. Hətta mənə duet oxumaq da təklif etmişdi. Amma müəyyən səbəblərdən bu işbirliyi alınmadı”.

Bakıya budəfəki gəlişində Eyyub Yaqubovla görüşən Ajda Pekkan çox sevinib. O, əməkdar artistə bir daha duet oxumaq təklif edib:

“Eyyub Yaqubovun səsini çox bəyənirəm. Onunla duet oxumaq istəyirdim, amma mənim işlərimin çoxluğundan alınmadı. Günah məndə oldu. İndi bu işbirliyini mütləq reallaşdıracam. Eyyubla duet oxumağı çox istəyirəm”.

Qeyd edək ki, Eyyub Yaqubov türkiyəli müğənniyə “Ağla bu dəli eşqim ağla” adlı mahnı təqdim edib. Ajda Pekkan bu bəstəni bəyənəcəyi təqdirdə duet gerçəkləşəcək.