"Vətənpərvərlik Kinosu Günləri" keçiriləcək

"Vətənpərvərlik Kinosu Günləri" keçiriləcək
416 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 2015-ci il noyabrın 23-dən 30-dək “Vətənpərvərlik Kinosu Günləri"ni keçirir.
 
Axşam.az Trend-ə istinadən istinadən məlumat verir ki, tədbir çərçivəsində “Yaddaş” sənədli filmlər studiyasında Vətən torpaqları uğrunda döyüşlərdə igidlik nümayiş etdirən Azərbaycanın Milli qəhrəmanları haqqında 12 filmin və “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrindən birinə həsr olunan “Yarımçıq xatirələr” bədii filminin təqdimatı nəzərdə tutulur.

Tədbirlər Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də 23, 39, 282 №-li orta məktəblərdə, Ali Hərbi Məktəbdə, Naxçıvanski adına Hərbi Liseydə, Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində, Sərhəd Qoşunları mühafizə xidmətinin N saylı hərbi hissəsində, Qobustan mədəniyyət evində və Laçın rayon İcra Hakimiyyəti ilə birgə Ağcabədi rayonunda, həmçinin Nizami Kino Mərkəzində keçiriləcək.

Vətənpərvərlik Kinosu Günlərinin proqramı və baxış cədvəli:

 

Filmin adı

Milli Qəhrəman

Məkan

Tarix

1

“Vətənə bağlanan ömür”

Yusif Əliyev

Qobustan mədəniyyət evi

25.11.15
saat 15:00

2

“Salatın Əsgərova”

Salatın Əsgərova

Nizami Kino Mərkəzi

23.11.15
saat 15:30

3

“Laçın qartalı”

Oqtay Güləliyev

Laçın rayon İH (Ağcabədi)

24.11.15

4

“Şəhidliyin zirvəsi”

Rafiq Nəsrəddinov

39 №-li məktəb

24.11.15
saat 11:00

5

“Vətən sevgisi”

Muxtar Qasımov

Sərhəd Qoşunları mühafizə xidmətinin
N saylı hərbi hissəsi

25.11.15
saat 11:00

6

“Cavanşir”

Cavanşir Rəhimov

Nizami Kino Mərkəzi

25.11.15
saat 13:45

7

“Portret”

Sərdar Səfərov

Nizami Kino Mərkəzi

25.11.15
saat 13:45

8

“Yarımçıq xatirələr”

Ali Hərbi Məktəb

26.11.15
saat 15:30

9

“Bizim zamanın qəhrəmanı”

Tahir Həsənov

23 №-li məktəb

26.11.15
saat 12:00

10

“Adadan başlayan yol”

Rasim İbrahimov

Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzi

27.11.15
saat 15:30

11

“Şuşalı şəhid”

Ramiz Qəmbərov

Azərbaycan Memarlıq və İnşaat Universiteti

27.11.15
saat 12:00

12

“Vətən sevgisi”

Nadir Əliyev

282 №-li məktəb

30.11.15
saat 11:30

13

“Yarımçıq xatirələr”

Naxçıvanski adına Hərbi Lisey

30.11.15
saat 16:00

14

“Əlif Hacıyev”

Əlif Hacıyev

Nizami Kino Mərkəzi

30.11.15
saat 15:30