Bu marşrut əvvəlki xətt üzrə işləyəcək

Bu marşrut əvvəlki xətt üzrə işləyəcək
3194 dəfə oxunub
  • A-
  • A
  • A+
Noyabrın 24-dən etibarən 88 saylı marşrut avtobusu əvvəlki xətti ilə hərəkət edəcək.
 
Axşam.az-ın məlumatına görə, 88 saylı marşrut avtobusunun qısaldılmış xətti “28 May” metro stansiyasına qədər idisə, sabahdan etibarən əvvəlki xətti, yəni 20-ci Sahəyə qədər hərəkət edəcək.

“Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC 88 saylı marşrut avtobusunun qısaldılmış xəttinin metro stansiyaların yanından keçməməsini, əhalinin bir neçə marşrut avtobusu dəyişərək həm zaman itkisi, həm də maddi itki ilə qarşılaşmasını, mürəkkəb hava şəraitinin olmasını və vətəndaşların çoxsaylı istək və müraciətlərini nəzərə alaraq, 88 saylı marşrut avtobusunun əvvəlki xəttini bərpa edib.