Hava xəbəri aparıcıları niyə bu libası geyinir? - fotolar

Hava xəbəri aparıcıları niyə bu libası geyinir? - fotolar
7487 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ telekanallarında hava proqnozunu təqdim edən aparıcıların çoxu son dövrlər eyni libasın fərqli rənglərində efirə çıxmaqla diqqət çəkiblər.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hava proqnozlarını təqdim edən xanımların geyimi üzərində çox düşünülür. Onların kamera qarşısında necə görünməyi o qədər vacibdir ki, tamaşaçının gözünü oxşamaq üçün geyinilən bütün geyimlər xüsusi diqqətlə seçilir.

Son dövrlər geniş yayılan libası isə haaparıcıların sosial  şəbəkədəki ümumi qrupundan qaynaqlandığı bəlli olub. Belə ki, bir neçə ay əvvəl üzvlərdən biri bu libası paylaşmaqla 23 dollara satılan libası trendə çevirib.

Aparıcı Şelbi Heys "hamımız sifariş etdik, sonra yayımda çox gözəl göründüyünü hiss etdiyimiz üçün daha geniş yayıldı" deyib.

Qeyd edək ki, libasın yaşıl rəngindən başqa hamısı bir ay ərzində efirdə geyinilib.