Prezidentdən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı sərəncam

Prezidentdən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı sərəncam
4659 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Ramin Quluzadənin Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
Axşam.az xəbər verir ki, sərəncamla Ramin Namiq oğlu Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.

Qeyd edək ki, buna qədər rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsini İltimas Məmmədov icra edib.

R.Quluzadə  Heydər Əliyev Fondunda İşlər Departamentinin direktoru vəzifəsində çalışıb. O, Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı sərəncama əsasən, Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Ramin Quluzadə 1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magist dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.