Gövhər Həsənzadə “Manqa”ya klip çəkdirəcək

Gövhər Həsənzadə “Manqa”ya klip çəkdirəcək
1258 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Gövhər Həsənzadə türkiyəli məşhurlarla işbirliyini daha da genişləndirir.

Axşam.az-ın məlumatına görə, o, bu dəfə qardaş ölkənin məşhur “Manqa” qrupuna Azərbaycanda klip çəkəcək.

Bəstəkar “ATV maqazin” verilişinə açıqlamasında klipdə azərbaycanlı müğənninin də rol alacağını deyib:

“Türkiyənin “Manqa” qrupu payızda Bakıya gələcək. Onlar burada həm konsert verəcək, həm də klip çəkdirəcəklər. Klipdə yerli sənətçilərimizdən biri də rol alacaq. Mahnını mən bəstələyəcəm, sözləri isə Günel Sərdarqızına aid olacaq. Klip Azərbaycanın ən gözəl guşələrində lentə alınacaq”