Alim Qasımovun albomu Türkiyədə təqdim olunacaq

Alim Qasımovun albomu Türkiyədə təqdim olunacaq
867 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Alim Qasımovun yeni albomu Türkiyədə təqdim olunacaq.

Axşam.az-ın məlumatına görə, bu barədə “Govkhar group”un rəhbəri, bəstəkar Gövhər Həsənzadə “ATV maqazin” verilişinə açıqlamasında deyib.

O, Türkiyədə şirkətin nümayəndəliyini yaradacağını bildirib. "Govkhar group"un təqdimat mərasimi isə xalq artistinin yeni albomunun tanıtımı ilə birgə baş tutacaq.