Türkiyəli müğənnilərə həsəd aparır

Türkiyəli müğənnilərə həsəd aparır
1350 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Almaz Ələsgərova türkiyəli sənətçilərin ünvanına təriflər yağdırıb.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin” verilişinə açıqlamasında onların verdikləri konsertə heyran olduğunu deyib:

“Bəstəkar Gövhər Həsənzadə ilə Özcan Dənizin Bakı konsertinə getmişdik. Çox gözəl bir proqram idi, zövq aldım. Təşkilatçılıq işləri yüksək səviyyədə həyata keçirilmişdi. Hər zaman elə bir konsert verməyi arzulamışam. Türk müğənnilərinin işgüzarlığına həsəd aparıram. Onlar çəkdikləri klipi elə reklam edirlər ki, məşhurlaşır. Mən gedim on beş minə klip çəkim, onu harada nümayiş etdirəcəm? Bizdə belə imkanlar yoxdur”.

Almaz Ələsgərli konsert verəcəyi təqdirdə tamaşaçı toplaya bilməyəcəyini etiraf edib:

“Mən konsert versəm, tamaşaçı toplaya bilməyəcəm. Axı tamaşaçı mənim konsertimə niyə gəlsin? Mənim o qədər yüksək reklamım yoxdur. İstəyirəm bizdə də gözəl təşkilatçılar, məkanlar olsun. Belə olan təqdirdə mən də yüksək səviyyəli konsert verərəm”.