Murad Arif də oxumağa başlayır

Murad Arif də oxumağa başlayır
875 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəstəkar Murad Arif mahnı oxumağa başlayır.

Axşam.az-ın məlumatına görə, bu barədə Muradın özü “Space” telekanalında yayımlanan “Plyus-minus” verilişinə açıqlamasında deyib:

“Bir vaxtlar müğənnilərlə musiqi prodüseri kimi çalışmışam. Bəstəkarın yanına gedirdik və bizə 800-dən çox mahnıya qulaq asdırırdı. İçərisindən bir dənə maraqlısını tapa bilmirdim. Mahnılarda heç bir məna yoxdur.

Azərbaycan pop musiqisi, müğənnilər o qədər maraqsızlaşıblar ki, yeni ideyalar hazırlaya bilmirlər. Mənim maraqlı fikirlərim var, amma bunu hər ifaçıyla reallaşdıra bilməyəcəm. Ona görə də özüm oxumağa başlayıram. Bu mahnıları ya Pitbul oxumalıdır, ya da digər bir ulduz. Bizdə isə belə oxuyan yoxdur. Bu cür dəlisov ifaçı ancaq özüm ola bilərəm. Əgər mən oxusam, bugünkü müğənnilərin çoxundan üstün olacam”.

Murad Arif müğənni Natavan Həbibi ilə işbirliyindən də danışıb:

“Yeni bəstəmi Natavan Həbibi ifa edəcək. “Sən məni başa düşmürsən” adlı mahnı böyük səs-küy doğuracaq. Mənim hər mahnım Natavanın səsi, gözəl ürəyi sayəsində hit olur. Mahnını bəstələyib Natavana verirəm və kənara çəkilirəm. İlin 365 günü şou-biznesdə aktuallığım davam edir”.