"Nokia" geri döndü - fotolar

"Nokia" geri döndü - fotolar
6031 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir zamanların ən çox satılan telefon markası "Nokia" iki yeni məhsulu ilə bazara dönür.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, şirkət iki klassik düyməli telefon - Nokia 230 və 230 Dual SIM - təqdim edib. "Nokia" bu telefonlarla "Samsung" və "Apple"lə rəqabətə girmək fikrində olmadığı üçün sadəcə yüksək satış əldə etmək istəyir.

Telefonlar arasında tək fərq birinin iki sim kartlı olmasıdır. Hər iki məhsulun 2 meqapiksellik ön və arxa kameraları var. Şirkətin səhmlərini əldə edən "Microsoft" yeni telefonların ilkin satış qiymətini 55 dollara təyin edib.