"Avroviziya-2016"da 43 ölkə iştirak edəcək

"Avroviziya-2016"da 43 ölkə iştirak edəcək
1485 dəfə oxunub
  • A-
  • A
  • A+
İsveçin paytaxtı Stokholmda keçiriləcək "Avroviziya-2016" mahnı müsabiqəsində 43 ölkə iştirak edəcək.

Axşam.az "Report"a istinadən xəbər verir ki, gələn il baş tutacaq yarışmada Portuqaliya, Çexiya, Türkiyə, Lüksemburq, Andorra, Monako iştirak etməyəcək. Əvəzində Ukrayna və Bosniya və Herseqovina müsabiqəyə geri dönəcək. Müsabiqənin biletləri bu gündən etibarən satışa çıxarılacaq.

Xatırladaq ki, İsveç müsabiqəyə ev sahibliyi etmək hüququnu təmsilçisi Mons Selmerlövün "Heroes" (Qəhrəmanlar) mahnısını ifa edərək Vyanadakı yarışmasını qazanması ilə əldə edib.