Azərbaycanlı dirijor Rusiya orkestrini idarə edəcək

Azərbaycanlı dirijor Rusiya orkestrini idarə edəcək
514 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələrin laureatı, Prezident mükafatçısı Əyyub Quliyev noyabrın 30-dan dekabrın 7-dək Moskvada qastrol səfərində olacaq.

Axşam.az-ın Report-a istinadən məlumatına görə, gənc dirijor Rusiyanın “Kultura” kanalının keçirdiyi gənc musiqiçilərin “Şelkunçik” beynəlxalq telemüsabiqəsinin rəsmi açılış və bağlanış mərasimində Rusiya Milli Simfonik Orkestrini idarə edəcək.

Bu müsabiqə 2000-ci ildən gənc akademik musiqi ifaçıları arasında hər il keçirilən populyar musiqi tədbirlərindən biridir. Müsabiqədə istedadlı musiqiçilər üç kateqoriya - skripka, fortepiano, zərb və nəfəs alətləri üzrə yarışacaq.

Qeyd edək ki, bu il müsabiqədə Böyük Britaniya, Avstriya, ABŞ, Kanada, Yaponiya, Çin, Norveç, Çexiya, Bolqarıstan, Estoniya, Latviya, Polşa, Türkiyə, Moldova, Qazaxıstan, Ukrayna, Belarus və başqa ölkələrdən gənc musiqiçilər iştirak edəcək.