Əməkdar artist ANS-də biabır oldu

Əməkdar artist ANS-də biabır oldu
6430 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Almaz Ələsgərli ANS telekanalında yayımlanan “Bazar səhəri Rövşanə Bektaşi ilə” verilişində çətin anlar yaşayıb.

Axşam.az-ın məlumatına görə, efirdə mövzu xalq rəssamı Toğrul Nərimanbəyovun niyə Azərbaycanda dəfn edilməməsi ilə bağlı olub.

Verilişə gecikən sənətçi söhbətin hansı mövzudan getməsindən xəbərsiz müdaxilə etməyə başlayıb.

Jurnalist Tahirə Məmmədqızına xitabən “Tahirə imkan ver, biz də danışaq” deyərək söhbətə qoşulan müğənninin açıqlaması hamını təəccübləndirib.

Onun “Əsas odur ki, Toğrul Nərimanbəyov Azərbaycanda dəfn olundu” sözləri studiyakıların heyrətinə səbəb olub.

Aparıcı Rövşanə Bektaşinin “Almaz xanım iş orasındadır ki, Toğrul Nərimanbəyov Azərbaycanda dəfn olunmayıb” cavabı müğənnini pərt vəziyyətinə salıb.