"Bacanaqlar"ın aktyorları serialdan uzaqlaşdırıldı

"Bacanaqlar"ın aktyorları serialdan uzaqlaşdırıldı
5419 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bacanaqlar” serialının bir çox aktyoru işdən uzaqlaşdırılıb.

Bu haqda məlumatı Axşam.az saytına filmin aktyoru və ssenari müəllifi Elməddin Cəfərov verib.

O, yeni mövsümdə seriala məşhur aktyorların cəlb ediləcəyini deyib:

“Yay mövsümünü başa vurduq. Payızdan serial tamamilə yenilənəcək, yalnız adını saxlayacağıq. Çünki “Bacanaqlar” artıq brend olub, onu dəyişmək istəmirəm. Yeni serialın çəkilişləri daha fərqli məkanlarda olacaq. Serial heyətinin əksəriyyəti ilə sağollaşdıq. Bir neçə məşhur simaya təklif göndərmişik. Sentyabrda serialımızın 4 ili tamam olur. Bunu təmtəraqlı şəkildə qeyd edəcəyik”.

Elməddin serialda müğənnilərlə işləməyə son qoyduğunu deyib. O, sənətçilərin məsuliyyətsizliyindən şikayətlənib:

“Müğənnilər çox kaprizli olur. Çəkilişlərə vaxtında gəlmirlər, işə məsuliyyətsiz yanaşırlar. Buna görə də onlarla işbirliyini dayandırdım. Ola bilsin ki, hansısa türkiyəli müğənnini qonaq qismində seriala çəkək”.

Zəhra Əhmədova