Azərbaycanlı modelin əri: "Məni kimləsə səhv salıblar"

Azərbaycanlı modelin əri: "Məni kimləsə səhv salıblar"
812 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı aktyor Tolqa Karel barda girov saxlanması haqda yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əyləndiyi barlardan birində hesabı ödəməyə pulu olmadığından girov qaldığı bildirilən aktyor çıxan xəbərləri təkzib edib.

O,  nəinki barda girov saxlandığını, hətta uzun müddət gecə həyatında iştirak etmədiyini söyləyib: "Serial çəkilişləri və şəxsi həyatımla əlaqədar olaraq gecə həyatından kənarda qalmışam. Sevdiklərim və ailəmlə birgə olmaq mənə daha çox zövq verir. Bunu yazanlar yəqin məni kiminləsə səhv salıblar”.