Azərbaycanlı bəstəkar Ərdoğana əsər yazdı

Azərbaycanlı bəstəkar Ərdoğana əsər yazdı
1737 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanlı bəstəkar Sevinc Tofiqqızı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana kompozisiya bəstələyib.

Axşam.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya açıqlama verən xanım bəstəkar Ərdoğana bəstələdiyi kompozisiya haqqında danışıb:

“Mən Rəcəb Tayyib Ərdoğanın Türkiyə üçün gördüyü işləri dəyərləndirirəm. Mənim ona kompozisiya bəstələməyim təsadüfi deyil. Bu yaxınlarda Ərdoğana qarşı Türkiyədə baş verən hadisələr məni çox sarsıtdı. Buna görə də ona gözəl bir kompozisiya həsr etdim. Artıq TRT kanalı bu haqda süjet də hazırladı. Kompozisiyamı diskdə Ərdoğanın çıxışlarından ibarət video roliklərin üzərində qurmuşam. Yəni klip kimi gözəl bir görüntü olub.  Mən bu işi özümü reklam üçün etməmişəm. Sadəcə, bu, mənim ürəyimin səsi idi. Bəstəkar insanlar bəzi mövzularda çox həssas olurlar. Mən istəmirəm ki, Ərdoğana qarşı haqsızlıq etsinlər”.