“Çox qısqancam, sevgilimin telefonu məndə olur”

“Çox qısqancam, sevgilimin telefonu məndə olur”
2151 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Ayan Babakişiyeva Nadir Qafarzadə ilə duet oxuyacaq.

Axşam.az-ın məlumatına görə, sənətçi  bu haqda “Onlar” verilişinə açıqlamasında deyib.

Ayan eyni zamanda adını qalmaqalda hallandıran həmkarlarından da söz açıb:

“Mənimlə qalmaqal edən sənətçilər çoxdur. Kimsə adımı çəkəndə zəng vurub soruşuram ki, nə problem var? Nadir Qafarzadə efirdə mənə nifrət etdiyini demişdi. Amma bu yaxınlarda bildirdi ki, Ayanı yaxından tanıdım, çox yaxşı qızdır. Sizə bir sirr də açım - yaxın günlərdə Nadirlə duetimiz olacaq. Eşidənlər paxıllıqdan “partlayacaqlar”.

Gənc ifaçı şəxsi həyatında hər şeyin çox gözəl davam etdiyini deyib:

“Ailə qurmaq həyatımda heç nəyi dəyişməyəcək. Çünki biz yeddi ildir birlikdəyik, o, hər zaman yanımda olub. Xoşbəxtlikdən danışıb, gözə gəlməkdən qorxuram. Ay camaat, mən bədbəxtəm, hamıdan bədbəxt. Qoy, bir az pisləyim. Çox qısqancam, sevgilimin telefonu hər zaman məndə olur. Sevgi olan yerdə mütləq qısqanclıq da olmalıdır”.