Rasim Balayev müalicəyə getdi

Rasim Balayev müalicəyə getdi
1180 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Rasim Balayev bir müddətlik xaricə gedib.

Axşam.az xəbər verir ki, bu barədə AzNews.az-a o özü məlumat verib.

Hazırda Çexiyada olduğunu deyən xalq artisti bildirib ki, son aylarda yaşadıqlarından yorulduğu üçün ölkədən kənara çıxmaq zərurəti hiss edib.

R.Balayev deyib ki, Çexiyaya getməkdə məqsədi həm orada müalicə olunmaq, həm də bir müddət istirahət etməkdir:

“Yorulmuşdum, sakitliyə ehtiyac duyurdum. Bu da ancaq ölkəndən kənarda mümkündür. “Həm ziyarət, həm ticarət”dəki kimi, həm dincəlirəm, həm də müalicə olunuram.”