İTV-nin iki aparıcısı işdən çıxdı?

İTV-nin iki aparıcısı işdən çıxdı?
6480 dəfə oxunub
  • A-
  • A
  • A+
İctimai Televiziyanın Musiqili, bədii və əyləncəli verilişlər departamentinin əməkdaşı Leyla Əliyeva və Hüsniyyə Məhərrəmovanın işdən getmələri barədə xəbərlər yayılıb.

Axşam.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, guya onlar ATV kanalında çalışmağa qərar veriblər.
 
 
Xəbəri dəqiqləşdirmək üçün aparıcı Hüsniyyə Məhərrəmova ilə əlaqə saxladıq. O, xəbərin həqiqətə uyğun olmadığını söylədi:

“ 2-3 aydır ki, bu söhbətlər gedir. Yalandan başqa bir şey deyil.  İTV-də işlərim qaydasındadır. Artıq 8 ildir, bu kanalda işləyirəm. Bu illər ərzində digər kanallardan hər zaman təklif almışam. Amma burdan getmək istəməmişəm. Pis olsa, gedərdim”.
 
Qeyd edək ki, Leyla Əliyeva ilə əlaqə saxlamağa cəhdimiz baş tutmadı, o, telefonunu açmadı.